Messinin yeni baş məşqçisi rəsmən açıqlandı

Messinin yeni baş məşqçisi rəsmən açıqlandı

Argentina millisinin yeni baş məşqçisi açıqlanıb. Fanat.az xəbər verir ki, Argentina Futbol Federasiyası komandanı Edqardo Bauzaya tapşırıb.

O, bu postda Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra istefaya göndərilən Cerardo Martinonu əvəzləyib. 

Qeyd edək ki, Edqardo Bauza ötən ilin dekabrında Braziliyanın "San Paulo" klubunun baş məşqçisi təyin edilmişdi. 58 yaşlı argentinalı mütəxəssis əvvəllər Argentina, Ekvador və Səudiyyə Ərəbistanı klublarını çalışdırıb. O, 2008-ci ildə Ekvadorun "LDU Quito", 2014-cü ildə Argentinanın "San Lorenzo"  klubları ilə "Copa Libertadores"i qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər