Messinin varisi ağladı: Səbəbini özü açıqladı

Messinin varisi ağladı: Səbəbini özü açıqladı

İspaniya La Liqasının VII turunda "Barselona"nın "Levante" 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Ansu Fati son dəqiqələrdə fərqlənməyə müvəffəq olub.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Barselona"da Messinin varisi kimi tanınan 18 yaşlı yarımmüdafiəçi vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Zədə səbəbiylə 10 ay yaşıl meydanlardan uzaq qalan Fati 82-ci dəqiqədə oyuna daxil olub və 90+1-ci dəqiqədə qol vurub. 

İspan futbolçu mətbuata verdiyi açıqlamasında Messinin onunla qürur duyacağını hiss etdiyi üçün ağladığını bildirib.

Qeyd edək ki, oyunda qalan qolları Memfis Depay (7 p.) və Luk de Yonq (14) vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər