"Messinin topuğunda ağrılar var" - SON DURUM

"Messinin topuğunda ağrılar var" - SON DURUM
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin seçmə mərhələsinin oyunları ərəfəsində Lionel Messinin durumundan danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:
"Messi yığma ilə normal qaydada məşq edib. Düzdür, topuğunda ağrılar var, amma bu onun oynamasına imkan verməyəcək dərəcədə qorxulu durum deyil. Yaxşı formadadır, meydana çıxmaq ehtimalı çoxdur. Sabaha qədər vəziyyət gərginləşməsə, oynaya biləcək".
Qeyd edək ki, Argentina sabah Paraqvay, noyabrın 18-də isə Peru ilə üz-üzə gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər