"Messinin sözləri məni təsirləndirdi" - Levandovski

"Messinin sözləri məni təsirləndirdi" - Levandovski

PSJ-nin hücumçusu Lionel Messi "Bayern Münhen"in futbolçusu Robert Levandovskinin bu mükafata layiq olduğunu deyib. 

Fanat.Az xəbər verir ki, 33 yaşlı polşalı hücumçu  "Goal" nəşrinə açıqlamasında argentinalı ulduzun sözlərinə münasibət bildirib.

“Messinin “Qızıl top”a layiq olmağım ilə bağlı sözləri məni çox təsirləndirdi. Bu, adi söz deyil. Mənim karyeramın xoş anları idi. Leo ilə şəxsən danışmışam. İspan dilini az bildiyim üçün Kilian Mbappe ilə ingiliscə danışdım, o isə Leo üçün tərcümə etdi. Həmin gün əla idi”.

Xatırladaq ki, "Qızıl top"un bu ilki qalibi Lionel Messi olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər