PSJ-nin hücumçusu Lionel Messinin durumuna aydınlıq gəlib.
Fanat.Az saytı xəbər verir ki, Paris klubu 34 yaşlı forvardın dizindən aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxdığını və bir müddət komandadan kənar qalacağını açıqlayıb.
Məlum olub ki, Messi sentyabrda Argentina millisinin heyətində Venesuela (3:1) ilə matçda zədələnib və qarşıdakı bir neçə oyunu buraxacaq. Həmin vaxtdan ayağında ağrılar hiss edən argentinalının bərpası zaman alacaq. Superulduz Madriddəki klinikalardan birində bərpa prosesi keçməyi planlaşdırır.
Messi DÇ-2022-nin seçmə mərhələsində noyabrın 17-də Braziliya ilə keçiriləcək qarşılaşmaya qədər sağalmağa çalışır.
Mirağa