Messinin PSJ-nin məşqinə getməməsinin səbəbi bilindi

Messinin PSJ-nin məşqinə getməməsinin səbəbi bilindi

PSJ-nin ulduz futbolçusu Lionel Messinin komandanın məşqində iştirak etməməsinin səbəbi bəlli olub. 

Fanat.Az xəbər verir ki, argentinalı hücumçunun əzələsində ağrı yaranıb. 

Bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino "L`Equipe" nəşrinə açıqlamasında məlumat verib. 

"Marsel"lə (0:0) ölkə çempionatı oyunundan sonra əzələsində ağrı yaranan Messi hazırda fərdi məşq keçir.

Onun bu gün Fransa I Liqasının 12-ci turu çərçivəsində "Lill"ə qarşı görüşdə meydana çıxması sual altındadır.

Qeyd edək ki, 28 xala sahib PSJ hazırda turnir cədvəlinin lideridir. 

 Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər