Messinin PSJ-də ilk qalmaqalı: əvəzetmədən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina etdi 

Messinin PSJ-də ilk qalmaqalı: əvəzetmədən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina etdi 

Lionel Messi Birinci Liqanın 6-cı turunun "Lion"la matçında (2:1) əvəzetmədən sonra öz komandasının baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb.

Fanat.Az xəbər verir ki, matçın 76-cı dəqiqəsində Poçettino Messini müdafiəçi Əşrəf Hakimi ilə əvəzləyib. Meydançanı tərk edən argentinalı əvəzetmədən sonra mütəxəssisin əlini sıxmaqdan imtina edib və ehtiyat oyunçular skamyasına doğru gedib.

Xatırladaq ki, oyunda hesabı 54-cü dəqiqədə "Lion"un yarımmüdafiəçisi Lukas Paketa açıb. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq hesabı bərabərləşdirib. Paris təmsilçisinin qələbə qolunu ikinci hissəyə əlavə edilmiş vaxtda argentinalı Mauro İkardi vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər