Messinin komandasının oyununun biletləri neçə saniyəyə satıldı?

Messinin komandasının oyununun biletləri neçə saniyəyə satıldı?

Lionel Messinin komandasının - MLS təmsilçisi "İnter Mayami"nin səfərdə “Los-Anceles Qelaksi” ilə keçirəcəyi oyunda anşlaq gözlənilir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, satışa çıxarılandan 6 dəqiqə sonra bütün biletlər alınıb  .

Satışlar yanvarın 11-də başlayıb və cəmi 360 saniyə davam edib. Yalnız ön cərgə üçün biletlər qalıb ki, onların da qiyməti 1500 dollardır.

Qeyd edək ki, matç fevralın 6-da olacaq. Daha əvvəl "Sportinq Kanzas Siti" Messiyə görə "İnter Mayami"yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər