“İnter Mayami” komandası MLS-də növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi səfərdə “Sent Luis”ə uduzub - 0:3.
Lionel Messinin karyerasını davam etdirəcəyi klub ardıcıl 11 oyundur ki, qələbə üzünə həsrətdir.
“İnter Mayami” Şərq konfransında 18 xalla sonuncu, “Sent Luis” isə Qərb konfransında 41 xalla 1-ci pillədə qərarlaşıb.