Messinin karyerasında ən pis nəticə qeydə alınıb

Messinin karyerasında ən pis nəticə qeydə alınıb

PSJ-nin hücumçusu Lionle Messi karyerasının ən pis günləri yaşayır. 

Fanat.Az xəbər verir ki, argentinalı hücumçu Fransa çempionatında 12 matçda cəmi 1 qol vurub. 

Bu isə milli çempionatın oyunlarında vurulan qolların sayına görə Leonun karyerasında ən pis nəticədir.

Qeyd edək ki, PSJ Fransa çempionatının 22-ci turunda "Reyms" üzərində böyük hesablı qələbə qazanıb. "Park de Prens" stadionunda keçirilən görüş 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 63-cü dəqiqədə meydana daxil olan Messi görüşdə heç bir məhsuldarlıq ilə yadda qalmayıb.

Xatırladaq ki, PSJ Liqa 1-də 53 xalla turnir cədvəlinin lideridir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər