"Barselona”nın hücumçusu Lionel Messi klubdakı gələcək karyerası ilə bağlı hələ qərar verməyib.
Fanat.az xəbər verir ki, "Marca" 33 yaşlı argentinalı hücumçunun karyerası ilə bağlı 3 seçimi olduğunu yazıb.
Birinci varianta görə, Messi bu yay klubla müqaviləni ləğv edərək başqa komandaya keçir. Amma "Barselona”nın prezidenti Xosep Mariya Bartomeu buna imkan vermək niyyətində deyil. Əsk halda o, tarixə Messinin klubdan gedişatına şərait yaradan prezident kimi düşəcək.
İkinci varianta görə, Leo müqaviləsinin bitdiyi günə - 2021-ci ilin yayına qədər komandada qalır. Belə olan halda o, yanvarda xarici klublarla danışıqlara başlaya və ilkin müqavilə bağlaya bilər.
Üçüncü seçim isə ulduz futbolçunun müqaviləsinin yenilənməsidir. Messi komandada baş verənlərlə bağlı rəhbərlikdən reaksiya gözləyir. Onun klubla sözləşməni yeniləmək ehtimalı da var, amma hazırda belə istəyi yoxdur.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.az