Lionel Messi İngiltərə Premyer Liqasında karyerasını davam etdirmək istəyib.
Fanat.Az xəbər verir ki, məlumat "Sport Witness" yayıb.
Xəbərə görə, argentinalı ulduz 2020-ci ildə özünü "Mançester Siti"yə təklif edib. Ancaq Xosep Qvardiola "Barselona" və "Bayern Münhen"dən heç bir oyunçunun xidmətində maraqlı olmadığı üçün bu keçid baş tutmayıb.
Qeyd edək ki, Messi 2004-2021-ci illər aralığında Kataloniya təmsilçisində, 2021-2023-də PSJ-də oynayıb, 2021-dən isə "İnter Mayami"də çıxış edir. O, "Barselona"da Qvardiolanın rəhbərliyi altında top qovub.
Nahid Məmmədov