"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın ilk turunda "Real Sosyedad" üzərində qazandıqları qələbəni (4:2) şərh edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı belə danışıb:
"İndi daha çox komanda oyunu sərgiləyirik. Buna baxmayaraq, Lionel Messinin heyətdə olmasını istəyərdim. Təəssüf ki, hazırda oyunun taleyini təkbaşına həll edə bilən Messimiz yoxdur. Artıq komanda şəklində mübarizə aparmalı, qol vəziyyətləri yaratmalı və qələbələr qazanmalıyıq. Bu gün dörd qol vurduq. Pis nəticə deyil".
Xatırladaq ki, "Barselona"nın heyətində Serxi Roberto, Jerar Pike və Martin Bretveyt (2) fərqlənib.
Nihat