Messinin ən yaxşı seçildiyi səsvermədə saxtakarlıq - FOTO

Messinin ən yaxşı seçildiyi səsvermədə saxtakarlıq - FOTO
FIFA-nın ilin ən yaxşı futbolçusu nominasiyası üzrə keçirilən səsvermə prosesində saxtakarlıq olub.
Fanat.Az xəbər verir ki, Nikaraqua yığmasının kapitanı Xuan Barrera Lionel Messiyə səs verməsə də, onun səsi "Barselona”nın ulduzuna yazılıb. Bu barədə futbolçu özü məlumat verib.
Xuan Barrera bildirib ki, FIFA versiyası üzrə 2019-cu ilin ən yaxşı futbolçusu üçün keçirilən səsvermədə iştirak etməyib: "Mən Messiyə səs verməmişəm. Adımı siyahıda görərkən çox təəccübləndim. Çünki bu il səsvermədə iştirak etməmişəm. FIFA bildirir ki, səsvermə üçün elektron poçtuma sorğu göndərib, amma mən onu almamışam. Mən necə kapitanlarının siyahısında göstərilə bilirəm ki, səsvermədə iştirak etməmişəm".
 
Messinin ən yaxşı seçildiyi səsvermədə saxtakarlıq - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər