Messinin cəzası açıqlandı

Messinin cəzası açıqlandı
Argentina millisinin və "Barselona”nın futbolçusu Lionel Messi cəzalandırılıb. 
Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən bir oyunluq diskvalifikasiya olunub və 1500 dollar cərimə edilib.
Buna səbəb onun Amerika Kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının ünvana səsləndirdiyi ittihamlar olub. Messi "DÇ-2022"nin seçmə mərhələsinin ilk oyununu buraxmalı olacaq.
Qeyd edək ki, Amerika Kubokunun yarımfinalında Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı. Futbolçu KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər