Lionel Messi axır ki, istəyinə çatdı.
Fanat.az xəbər verir ki, o, karyerasında ilk dəfə italiyalı qapıçı Canluici Buffona qol vurub. Bu, dünən keçrilən Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində “Barselona” – “Yuventus” matçında qeydə alınıb. Messi Buffonu iki dəfə məyus etməyə nail olub. O, 45 və 69-cu dəqiqələrdə fərqlənərək, komandasının qələbəsində əsas pay sahibinə çevrilib. Oyun 3-0 bitib. Katalonların digər qolunu Rakitiç 56-cı dəqiqədə vurub.
Qeyd edək ki, Messi bu dublu sayəsində ÇL-də vurduğu qollarının sayını 96-ya çatdırıb.
Fanat.Az