Fransa millisinin və PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten Paris təmsilçisindən azad agent kimi ayrılan argentinalı hücumçu Lionel Messini tənqid edib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" 45 yaşlı veteran futbolçunun dediklərini belə çatdırıb:
“Messinin komandanın məşqindən ayrıldığı anı xatırlayırsınız? Səbəb klubun dediyi kimi zədə yox, Lionelin məşq zamanı tələblərdən yorulması olub. Başı yaxşı işləmir, yoxsa məşqi yarımçıq tərk etməzdi. Bu, onun məşqçilər korpusuna və tərəfdaşlarına nə qədər hörmət etdiyini göstərir. Messi sadəcə uyğunlaşmaq istəmədi".
Xatırladaq ki, 35 yaşlı argentinalı ulduz karyerasını MLS-də davam etdirəcək. O, "İnter Mayami" ilə müqavilə imzalayıb.
Mirağa