Messinin baş məşqçisi qovuldu

Messinin baş məşqçisi qovuldu

Argentina millisinin baş məşqçisi Edqardo Bausa istefaya göndərilib. Fanat.Az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası qərar qəbul edib.

59 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılmasına "DÇ-2018"in seçmə mərhələsində uğursuz çıxış səbəb olub. XIV turda Boliviyaya 0:2 hesablı məğlubiyyət assosiasiyanın bu qərarı qəbul etməsi ilə nəticələniğ. AFA gələn həftə bu məlumatı rəsmən açıqlamağı planlaşdırır.

 

Argentina yığması 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Edqardo Bausa 2016-cı ildən bu postu tutur. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər