Messinin baş məşqçisi 7 aydır məvacib almır

Messinin baş məşqçisi 7 aydır məvacib almır
Argentina Futbol Federasiyası maliyyə böhranı ilə üzləşib.
 
Fanat.az xəbər verir ki, federasiya 7 aydır Lionel Messi kimi dünya ulduzunun forma geyindiyi yığmanın baş məşqçisi Xerardo Martinonun məvacibini ödəyə bilmir.
 
Məsələylə bağlı mətbuata açıqlama verən Martino məlumatı təkzib etməyib. O, suala belə cavab verib: "Bu barədə heç nə danışa bilmərəm".
 
Martino Argentina yığmasında 2014-cü ildən çalışır.
 
O, bir müddət "Barselona"ya da rəhbərlik edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər