Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu - FOTOLAR

Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu - FOTOLAR

Cümə axşamı Argentinada Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzonun ailəsinə məxsus "Único" şəbəkəsinin supermarketinə silahlı hücum olub.

Fanat.Az xəbər verir ki, yerli vaxtla səhər saat 3:20-də naməlum şəxslər Rosario şəhərinin Lavalle küçəsində yerləşən supermarketə atəş açıblar.

Qapıda tapılan kartonda əl ilə yazılmış mesaj aşkarlanıb: "Messi, səni gözləyirik. Yavkin (red. - Rosario meri Pablo Yavkin) narkotik alverçisidir. O, sənə kömək etməyəcək".

Supermarket rəhbərlərinin heç biri təhdid və ya  hədə-qorxuya məruz qalmayıb. 

Küçədə polis 12 giliz, metal panjurlarda isə 14 güllə izi tapıb. Hücumun motosikletdə olan iki nəfər tərəfindən həyata keçirildiyi ehtimal edilir. Yerli futbol xuliqanları buna görə məsuliyyət daşıya bilər.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər