“Barselona”nın argentinalı superulduzu Lionel Messinin apellyasiya şikayətinə baxılıb. Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, cənubi amerikalının barəsində çıxarılan 21 aylıq həbs cəzası qüvvədə qalıb.
İspaniya qanunlarına görə vergidən yayınan Messinin cəza müddəti 24 aydan çox olmadığı üçün onu dəmir barmaqlıqlar gözləmir. Futbolçunun atasının - Xorxe Messinin cəzasının müddəti isə 21 aydan 15-ə endirilib.
Qeyd edək ki, Lionel 2007, 2008 və 2009-cu illərdə ümumilikdə 4,1 milyon avro məbləğində vergini ödəmədiyi üçün ötən ilin iyununda məhkəmə qarşısına çıxmışdı.
Fanat.Az