Messinin 11 oyunluq seriyası başa çatdı

Messinin 11 oyunluq seriyası başa çatdı

Lionel Messinin komandası - "İnter Mayami" MLS-də növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv “Monreal İmpakt”la qarşılaşıb.

Kanadanın Monreal şəhərindəki Saputo stadionunda baş tutan görüş "İnter Mayami"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start "11-lik"də çıxan Messi sonadək oynasa da, fərqlənə bilməyib. Beləliklə, argentinalı suprulduzun 11 oyunluq qol seriyası qırılıb. 

Qeyd edək ki, 13 oyuna 27 xal toplayan "İnter Mayami" hazırda MLS-in turnir cədvəlində birinci yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər