"Messini zədələsəm, ölkəmə qayıda bilmərəm"

"Messini zədələsəm, ölkəmə qayıda bilmərəm"

"Sevilya”nın 31 yaşlı müdafiəçisi Qabriel Merkado İspaniya Kral Kubokunda "Barselona” ilə oynayacaqları final ərəfəsində maraqlı açıqlama verib.

 

Fanat.Az xəbər verir ki, Merkado yığmadakı komanda yoldaşı Lionel Messi haqda danışıb: "Leonu zədələsəm, Argentinaya qayıda bilmərəm. Həm də qaydanı pozmaqla onu saxlamaq çətin məsələdi. Arxasınca qaça, gözündən qoymamağa çalışa bilərsən. Amma o, vacib anda bildiyini edəcək. Messi hamıdan yaxşıdı. Bunu hamı bilir”.

 

 

Qeyd edək ki, final görüşü aprelin 21-də keçiriləcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər