Messini Mayamidə rahat buraxmadılar - FOTOLAR

Messini Mayamidə rahat buraxmadılar - FOTOLAR

Dəfələrlə populyarlıqdan əziyyət çəkdiyini dilə gətirən Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi ABŞ-da Avropadakı kimi tanınmayacağına ümid edirdi. 

Fanat.Az xəbər verir ki, artıq okeanın o tayında olan hücumçu ilk günlərdən yanıldığına əmin olub. 

Belə ki, supermarketə alış-verişə yollanan Messini Mayamidə dərhal tanıyıblar. 

Arabanı götürüb ərzaq yükləməyə başlayan Lionel ordakıların diqqətini çəkib. Dünya çempionu onu tanıyan insanlarla bir neçə selfi çəkdirməli olub.

Qeyd edək ki, Lionel Messinin yaxın günlərdə "İnter Mayami"də təqdimatı baş tutmalıdır. Argentinalı PSJ-də keçirdiyi iki çətin mövsümdən sonra MLS-ə üz tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər