Messini 4 oyunluq cəza gözləyir

Messini 4 oyunluq cəza gözləyir
İspaniya Superkuboku uğrunda final görüşündə "Barselona" "Atletik"ə əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq kubokdan məhrum olub. 
Fanat.Az xəbər verir ki, qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış "Barselona"nın ulduz futbolçusu Lionel Messi qırmızı vərəqə alaraq meydandan qovulub. O, rəqib komandanın oyunçusu  Asyer Vilyalibreni vurduğu üçün hakimin qəzəbinə tuş gəlib.
 
"Marca"nın yaydığı xəbərə görə,  34 yaşlı hücumçu 4 oyunluq cəzalana bilər.
Qeyd edək ki, ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər