Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Türkiyə və Suriyada baş verən zəlzələ fəlakəti ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabları üzərindən yazıb.
"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün kədərli zamandır. Ürəyim onlarla döyünür".
Həmçinin, argentinalı futbolçu azarkeşləri zəlzələdən zərər çəkmiş uşaqlara kömək etməyə çağırıb və xeyriyyə təşkilatının linkini yerləşdirib.
Qeyd edək ki, daha öncə Messinin imzalı PSJ forması xeyriyyə məqsədi ilə hərraca çıxarılıb. Əldə olunan vəsait fəlakət qurbanlarına yardım üçün bağışlanacaq.
Röya