PSJ heyətini daha bir ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi "Mançester Yunayted"in fransalı futbolçusu Pol Poqbanı transfer etməyə yaxındır. 28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda PSJ-yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Poqba peşəkar karyerasına "Mançester Yunayted"də başlayıb. 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"a keçən yarımmüdafiəçi 4 il sonra 105 milyon avro qarşılığında İngiltərə klubuna dönüb. 28 yaşlı futbolçu cari mövsümdə oynadığı 12 oyunda 7 qol ötürməsi verib.