Messidən sonra çıxılmaz vəziyyətdə qalan Ronaldu qərarını verdi: Qalır, ya gedir?

Messidən sonra çıxılmaz vəziyyətdə qalan Ronaldu qərarını verdi: Qalır, ya gedir?

Lionel Messinin "Barselona"dan ayrılaraq PSJ-yə keçməsindən sonra Kriştianu Ronaldonun karyerası ilə bağlı hansı qərarı verəcəyi uzun müddətdi müzakirə mövzusuna çevirilmişdi.

Mövsümün əvvəlində ayrılıqla bağlı "Yuventus" rəhbərliyi ilə anlaşan portuqaliyalı ulduzun işləri istədiyi kimi getmədi. Futbolçu "Real Madrid"ə dönmək istəsə də, Kilian Mbappeni transfer etmək istəyən Florentino Peresdən mənfi cavab almışdı.

Ronaldu üçün başqa bir variant PSJ-yə keçid idi. Amma Messinin sürpriz şəkildə "Barselona"dan ayrılaraq Paris klubuna keçməsi, bu variantı da arxa plana atdı.

Ulduz futbolçunun sabiq klubu "Mançester Yunayted"ə dönmək ehtimalı da səsləndirilmişdi. Amma Premyer Liqa klubunun müqaviləsinin son ili olan Paul Poqbaya üstünlük verməsi bu variantın da arxa plana keçməsi ilə nəticələndi.

Fanat.Az xəbər verir ki, bütün bunlardan sonra Ronaldunun "Yuventus"da qalacağı açıqlanıb. Bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Allegri açıqlama verib:

"Kriştianu mənə "Yuventus"da qalacağını dedi. Qəzetlərdə xəbərləri oxudum, amma doğru deyil. Əsla getmək istəmir. "Udineze" ilə oyunda da meydanda olacaq".

Qeyd edək ki, 36 yaşlı futbolçu "Yuventus"da keçirdiyi 133 oyunda 101 qol vurub və 22 məhsuldar ötürmə edib.

Pərvin  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər