Messidən sonra 10 nömrə kim olacaq?

Messidən sonra 10 nömrə kim olacaq?

Argentinalı hücumçu Lionel Messinin "Barselona" klubunu tərk etməsindən sonra 10 nömrəli futbolkanı kimin geyinəcəyi məlum olub.

Fanat.Az xəbər verir ki, bu barədə ispaniyanın "Marca" nəşri məlumat yayıb.

Klubun braziliyalı futbolçusu Felipe Koutinyu bu nömrə altında çıxış etmək istədiyini bildirib. Futbolçuya etiraz edilməyib və çox güman, Koutinyo 10 nömrə altında çıxış edəcək. "Barselona" azarkeşləri isə bunu qətiyyən qəbul etmir.

Xatırladaq ki, "Barselona" rəhbərliyi daha əvvəl Messinin nömrəsini əbədiləşdirmək istədyini açıqlamışdı. Bu fikir La Liqanın reqlamentinə uyğun gəlmədiyinə görə bu nömrə altında mütləq şəkildə kimsə çıxış etməlidir.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər