Lionel Messi karyerasını "Barselona"da bitirməyəcək. Fanat.Az xəbər verir ki, bu barədə argentinalı futbolçu özü danışıb.
Messi bildirib ki, vətəninə dönərək 13 yaşında ayrıldığı "Nevell`s Old Boys" klubunda karyerasına son qoyacağını açıqlayıb: "Nevell`s Old Boys" mənim uşaqlıq sevgimdi. Bu səbəbdən karyeramı orda bitirmək istəyirəm. Argentinadan ayrıldıqdan sonra həyatım çox fərqli bir yön aldı. Buna görə peşman deyiləm".
Fanat.Az