Messidən Ronaldoya daha bir şok - ən çox...

Messidən Ronaldoya daha bir şok - ən çox...
2015-ci ilin ən çox qazanan futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, ötən il Lionel Messi hamıdan çox qazanıb.
"France Football"ın araşdırmalarına görə, "Barselona"nın argentinalı ulduzu 2015-ci ildə 74 milyon avro gəlir əldə edib. Bu məbləğə onun maaşı, mükafatları və sponsorluq anlaşmaları daxildi. Messi 2014-cü ilə nisbətən gəlirini 9 milyon avro artırıb.
Onu "Real"dakı əsas rəqibi Kriştiano Ronaldo izləyir. Portuqaliyalı ulduzun illik gəliri 67,4 milyon avro olub. "Barselona"nın braziliyalı ulduzu Neymar isə 43,5 milyon gəlirlə üçüncü olub. Beləliklə, 2014-cü ilin ilk "üçlüy"ü dəyişməz qalıb.
Hazırda işsiz olan Joze Mourinyo isə ən çox qazanan baş məşqçidi. Son olaraq "Çelsi"ni çalışdıran və gələn mövsüm "Mançester Yunayted"ə başçılıq edəcək portuqaliyalı mütəxəssis ötən il 24 milyon avro qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər