Messidən "Qızıl top" açıqlaması

Messidən "Qızıl top" açıqlaması

Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi "Qızıl top"a namizədini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "France Football"a müsahibə verən 34 yaşlı hücumçu bir neçə futbolçunu qiymətləndirib:

"Komandamda səs verəcəyim Neymar və Kilian Mbappe kimi futbolçular var. Həmçinin mükəmməl bir mövsüm keçirmiş Robert Levandovski və Kərim Benzema kimi əla səviyyəli oyunçuları da qeyd etmək istərdim.

"Qızıl top"u qazanmaq üçün fərdi səviyyədə çox şeyə nail olmalısan. Ancaq Çempionlar Liqası, Amerika Kuboku və ya Avropa Çempionatında qazanılan qələbələr də çox vacibdir. Düşünürəm ki, son zamanlar qazanılan nailiyyətlər böyük önəm kəsb edir". 

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb. Messi sözügedən mükafatı 6 dəfə qazanıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər