Messidən növbəti rekordlar - Peleni də keçdi

Messidən növbəti rekordlar - Peleni də keçdi
"Barselona”ın kapitanı Lionel Messi İspaniya La Liqasının ardıcıl 12 mövsümündə azı 25 qol vuran yeganə futbolçudu.
Fanat.Az xəbər verir ki, 33 yaşlı argentinalı futbolçu İspaniya çempionatının XXI turunda "Xetafe”yə qarşı matçda (5:2) dubl edib. Carı mövsümdə Messinin hesabında 25 qol və 9 məhsuldar ötürmə var.
Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu növbəti dəfə qırıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytının məlumatına görə, dubla imza atan 34 yaşlı forvard La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957-1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.
Tarixdə hansısa futbolçu bir çempionatda Messi qədər fərqlənməyib.
Qeyd edək ki, Messi mart ayında Pelenin eyni çempionatda vurduğu qolların hesabına görə rekordunu üstələyib. Bundan əlavə, argentinalı hücumçu "Barselona” ilə 35 titul qazanıb. O, komandası ilə 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya Kubokunda, 8 dəfə İspaniya Super Kubokunda, 4 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Super Kubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər