Fransa çempionatında 23-cü turun "Lill" – PSJ (1:5) oyunundan sonra maraqlı epizod kameralara tuş gəlib.
Fanat.Az xəbər verir ki, komandalar soyunub-geyinmə otağına gedərkən "Lill"in 21 yaşlı gənc oyunçusu Anxel Qomes Lionel Messidən formasını istəyib.
PSJ-nin argentinalı ulduzu dərhal köynəyini çıxararaq ona verib və... o, da portuqaliyalıdan formasını istəyib. Anxel Qomes Messinin forma dəyişmək jestini təəccüblə, həm də sevinclə qarşılayaraq argentinalıya təşəkkür edib.
Portuguese Lille player Angel Gomes couldn't believe it when Lionel Messi also wanted his shirt ? pic.twitter.com/Di8gFQPL2e
— ? (@Youssef10i) February 7, 2022
Mirağa