Lionel Messi daha bir rekord qırıb. Fanat.az xəbər verir ki, "Barselona"nın ulduzu Çempionlar Liqasında ən çox qol vurmuş futbolçu adını qazanıb.
Messi APOEL-lə qarşılaşmanın 38-ci dəqiqəsində fərqlənərək qol sayını 72-yə çatdırıb. Bununla da o, Raulun 71 qolluq rekordunu qıraraq Çempionlar Liqasının ən yaxşı bombardiri olub. 58-ci dəqiqədə daha bir qol vuran Messi bu sayı 73-ə çatdırıb.
Hazırda Çempionlar Liqasında ən çox qol vuran futbolçular siyahısında 3-cü pilləni Kriştiano Ronaldo tutur. Onun aktivində 70 qol vurub. Ronaldonun komanası bu gün "Bazel"in qonağı olacaq.
Fanat.az