Messidən ardıcıl üçüncü dubl - VİDEO

Messidən ardıcıl üçüncü dubl - VİDEO

Bu gün, avqustun 7-də Friskoda (ABŞ, Texas) Liqa Kubokunun 1/8 final mərhələsinin matçı baş tutub. 

Fanat.Az xəbər verir ki, "İnter Mayami" səfərdə "Dallas"la qarşılaşıb. 

Oyunun əsas vaxtı heç-heçə başa çatıb - 4:4. 

Messi bu oyunda dubla imza atıb - 6-cı dəqiqədə o, hesabı açıb. 85-ci dəqiqədə isə gözəl cərimə zərbəsi sayəsində komandasını məğlubiyyətdən xilas edərək cütün taleyini penaltilərə daşıyıb. 

Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn mayamililər 1/4 finala yüksəlib.  Beləliklə, Leonel Messi yeni komandasında ardıcıl 3-cü matçda dubla imza atıb. Argentinalı ümumilikdə "İnter Mayami"də keçirdiyi 4 oyunda 7-ci qolunu vurub.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər