Messidə hansı xəstəlik var?

Messidə hansı xəstəlik var?
"Barselona" və Argentina millisinin futbolçusu Lionel Messi autizmin yüngül forması sayılan asperger sindromuna tutulub. Fanat.az xəbər verir ki, bu informasiyanı Braziliyanın canlı futbol əfsanəsi Romario açıqlayıb.
O, bu barədə "Twitter" səhifəsində yazıb: "İspaniya mətbuatında Messinin mental bir xəstəliyinin olub-olmaması müzakirə olunur. Atasından öyrəndiyimə görə hər hansı bir mental xəstəliyi yoxdu. Amma onda Nyuton və Eynşteyn kimi bütün dünyanın tanıdığı elm adamlarında da rast gəlinən asperger sindromu aşkarlanıb. Asperger sindromuna olan insanlar digərlərinə nisbətən olaylara daha konsentrasiya olunurlar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər