Messi Zidanla görüşdü, paylaşım etdi - FOTO

Messi Zidanla görüşdü, paylaşım etdi - FOTO

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Real Madrid"in sabiq baş məşqçisi, əfsanəvi Zinəddin Zidanla görüşüb. 

Fanat.Az xəbər verir ki, onların görüşündə Amerika klubunun sahibi Devid Bekhem də olub. 

Komandanın paltardəyişmə otağında onlarla birlikdə foto çəkdirən argentinalı futbolçu ulduz "üçlüy"ün şəklini sosial şəbəkə hesabında paylaşıb. 

Messi Zidanla görüşdü, paylaşım etdi - FOTO

Xatırladaq ki, Zizu ABŞ kubokunun final oyununda, "İnter Mayami"nin "Hyuston Dinamo"ya məğlub olduğu (1:2) matçda iştirak edib. Messi zədə səbəbindən qarşılaşmada iştirak etməyib. 

Lionel Florida komandasına ötən yay keçərək klubla 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər