Messi yubiley qolunu vurdu

Messi yubiley qolunu vurdu

Ötən gün Fransa Liqa 1-də "Olimpik Marsel" və PSJ arasında prinsipial matç baş tutub.

Fanat.Az xəbər verir ki, liderlə ən yaxın izləyicisinin görüşü parislilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib. 

Kilian Mbappe (2 qol) və Lionel Messinin fərqləndiyi qarşılaşma argentinalı ulduz üçün əlamətdr olub. "Squawka"nın hesablamasına görə Messi klub səviyyəsində 700-cü qolunu vurub. O, bunun 672-ni "Barselona"nın, qalan 28-ni isə PSJ-nin heyətində reallaşdırıb.  

700 qol üçün Messiyə 840 matç lazım gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər