Messi, yoxsa Maradona? - Argentina millisinin baş məşqçisi seçimini etdi

Messi, yoxsa Maradona? - Argentina millisinin baş məşqçisi seçimini etdi

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messi və Dieqo Maradona arasında seçim edib.

Fanat.Az xəbər verir ki, "Sport.es" dünya çempionu olan mütəxəssisin fikirlərini belə çatdırıb: 

"Əgər birini seçməli olsam, mən xüsusi münasibətdə olduğum Messinin adını çəkərəm. O, tarixin ən yaxşısıdır. Baxmayaraq ki, Maradona da əla idi".

Xatırladaq ki, Lionel Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. Onun komandası finalda Fransa yığmasına qalib gəlib. Messi mundialın ən yaxşı oyunçusu elan olunub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər