Argentina millisinin və "Barselona”nın superulduzu Lionel Messi eyni klubda vurulan qolların sayına görə dünya 2-cisidi.
Fanat.Az xəbər verir ki, o, La Liqanın XII turunda "Betis”ə 3:4 hesabıyla uduzduqları görüşdə 2 qola imza ataraq "Barselona”da vurduğu topların sayını 566-ya çatdırıb. Cənubi amerikalı "Bavariya”nın heyətində 565 qol vuran almaniyalı əfsanə Herd Mülleri geridə qoyub.
İndi Lionel yalnız Peleden geri qalır. Braziliyalı doğma "Santos”unun heyətində 643 qol vurub. "Kral”a bir az da yaxınlaşan Messini 1-ci pillədən 77 qol ayırır.
Fanat.Az