"Messi və Ronaldu Rusiya çempionatında qol vurmaqda çətinlik çəkərdilər"

"Messi və Ronaldu Rusiya çempionatında qol vurmaqda çətinlik çəkərdilər"
"Zenit"in hücumçusu Artyom Dzyubanın fikrincə, Kriştianu Ronaldu ("Yuventus") və Lionel Messi ("Barselona") Rusiya Premyer Liqasında çox qola vura bilməzlər.
Fanat.Az xəbər verir ki, rus futbolçu "Match TV"-yə açıqlamasında qeyd edib:
"Bizim çempionatda 17 qol vurmaq böyük uğurdu. Sizi əminə edə bilərəm ki, Kriştianu Ronaldu və Messi burada qol yollarında çətinliklə üzləşərdilər. Bəlkə, bizdən bir az çox qol vurardılar. Güman ki, 19-20 dəfə fərqlənərdilər, o da səviyyəcə üstün olduqları üçün... Təsəvvür edin: günorta saat iki, 40 dərəcə isti və Messi Orenburqdakı süni ot örtüyündə meydana çıxır. Bu arada, meydançanı həmişə suvarmırlar".
 
Qeyd edək ki, Dzyuba və onun komanda yoldaşı Sərdar Azmun 2019-20 mövsümündə Rusiya çempionatında 17 qolla yadda qalıblar. Əlavə göstəricilərə görə iranlı futbolçu bombardir seçilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər