"Messi və Ronaldu kimi ola bilərdim, özüm istəmədim"

"Messi və Ronaldu kimi ola bilərdim, özüm istəmədim"

Niderland millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Uesli Sneyder maraqlı açıqlaması ilə gündəmə gəlib. 

Fanat.Az xəbər verir ki, "Dutchsport" saytı 37 yaşlı mütəxəssisin dediklərini belə çardırıb:

"Mən Lionel Messi və ya Kriştianu Ronaldu kimi ola bilərdim. Sadəcə özüm istəmədim. Mən həyatdan həzz alırdım, axşam yeməyində şərab içə bilirdim. Leo və Kriştianu fərqlidirlər. Onlar böyük fədakarlıqlar ediblər. Gecə klublarına getməyiblər, spirtli içkilərdən uzaq durublar. Mən fərqli idim, axşam dincələndə pivə içib stress atırdım, gəzintiyə çıxırdım. Mənə bunlar hamısı yaraşırdı, çünki karyeram heyrətamiz idi".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər