Bu gün dünyanın ən böyük derbisi baş tutub. Fanat.az xəbər verir ki, İspaniyanın iki nəhəng klubu - "Barselona" və "Real" mövsümün ilk "El Klasiko"suna çıxıb.
Barselonadakı "Nou Kamp" stadionunda keçirilən qarşılaşmada hesabı 19-cu dəqiqədə Neymar açıb. Braziliyalı ulduz "Real"ın qapısına "Barselona" forması ilə ilk qolunu vurub. İkinci yarıda meydana çıxan Aleksis Sançes 79-cu dəqiqədə fərqi iki topa çatdırıb. "Real"da isə Jese Rodriges təsəlli qoluna imza atıb. 76-cı dəqiqədə oyuna qouşan futbolçu 14 dəqiqə sonra fərqlənib.
Qeyd edək ki, bu əzəli rəqiblər arasında La Liqadakı 167-ci matç olub. İndiyədək "Real" əzəli rəqibindən daha çox qələbə qazanıb - 70. "Barselona" 65 dəfə meydanı 3 xalla tərk edib. 32 qarşılaşmada isə xallar bölünüb.
El Klasiko
26 oktyabr
Barselona - Real 2:1
Qollar: Neymar, 19. Aleksis Sançes, 79 - Jese Rodriges, 90.
Barselona: Viktor Valdes, Dani Alves, Cerard Pike, Maskerano, Adriano, Serxio Buskets, Xavi Hernandes, Andres İnyesta (Aleks Sonq, 77), Neymar (Pedro Rodriges, 84), Kesk Fabreqas (Aleksis Sançes, 70), Lionel Messi.
Real: Dieqo Lopez, Alvaro Arbeloa, Rafael Varane, Pepe, Marselo, Serxio Ramos (Asyer İllarramendi, 56), Sami Kedira, Luka Modriç, Qaret Beyl (Karim Benzema, 61), Angel Di Maria (Jese Rodriges, 76), Kristiano Ronaldo.
Sarı vərəqələr: Serxio Buskets, 8. Adriano, 35 - Serxio Ramos, 14. Qaret Beyl, 45. Sami Kedira, 59. Marselo, 64. Kristiano Ronaldo, 80.
"Nou Kamp" stadionu. Saat 21.00.
Fanat.az