Messi və Ronaldo dünyanın ən yaxşıları arasında yoxdu - ŞOK

Messi və Ronaldo dünyanın ən yaxşıları arasında yoxdu - ŞOK
Fransanın məşhur "France Football" nəşri tərəfindən verilən "Ballon d'Or" (Qızıl top) mükafatı ilə bağlı yeni xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, 2008-ci ildən bəri ilk dəfə mükafatın 3 finalçısı arasında Lionel Messi və Kriştiano Ronaldonun olmadığı iddia edilib.
"Barselona" və "Yuventus"un ulduzları indiyədək hərəsi 5 dəfə bu mükafata sahib çıxıb. Lakin bu dəfə mükafatın fərqli bir futbolçuya təqdim olunacağı iddia olunur. Əsas favorit isə FIFA tərəfindən dünyada "İlin futbolçusu" seçilən "Real"ın futbolçusu Luka Modriçdi.
Hələlik "France Football" finalçıları açıqlamayıb. Amma "Yuventus"a yaxınlığı ilə tanınan İtaliyanın "Tuttosport" qəzeti iddia edib ki, son 10 ildə ilk dəfə Messi və Ronaldo "üçlüy"ə düşməyib. 
Qəzetin iddiasına görə, "üçlüy"də "Real"dan Luka Modriç və Rafael Varanla yanaşı, PSJ-dən Kilian Mbappe yer alacaq.
Qeyd edək ki, "Ballon d'Or" 3 dekabrda təqdim olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər