Argentinalı futbolçu Messi, portuqaliyalı Ronaldo və dünya futbolunun başqa ulduzları 70-ci illərdə oynasaydılar necə görünərdilər. Fanat.az xəbər verir ki, “Mundo Deportivo” dünya futbolunun ulduzlarının karikaturalarını dərc edib.
Karikaturalarda "Barselona"nın hücumçusu Lionel Messinin , Madrid "Real"nın portuqal hücumçusu Kriştiano Ronaldonun, "Liverpul"un yarımmüdafiəçisi Stiven Cerrardın, fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin, "Mançester Yunayted"in hücumçusu Ueyn Runinin, "Barselona"nın yeni oyunçusu Luis Suaresin və "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Turenin 70-ci illərdəki görünüşləri əks olunub.
Fanat.az