"Barselona"nın baş məşqçisi Luis Enrike iyulun 28-dən avqustun 3-dəkİngiltərədə baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adlarını açıqlayıb. Fanat.az xəbər verir ki, dəvət alan 17 futbolçu arasında Lionel Messi və Neymar yoxdurlar.
Ulduz futbolçularının ilk təlim-məşq toplanışına dəvət olunmamalarının səbəbi son dünya çempionatının "play-off" matçlarında iştirak etmələridir.
Xatırladaq ki, Messinin şərəfini qoruduğu Argentina yığması mundialı 2-ci, Neymarlı Braziliya isə 4-cü pillədə başa vurublar.
Fanat.az