PSJ-nin hücumçusu Lionel Messi "İnter Mayami"yə keçə bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, argentinalı Devid Bekhemin sahibi olduğu klubla 2023-cü ildə müqavilə bağlaya bilər.
Bundan əvvəl argentinalının Mayamidə daşınmaz əmlak alması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçmişdi. Bu, "Barselona"nın La Liqadan maliyyə sıxıntıları səbəbindən onunla müqaviləni yeniləyə bilməməsindən sonra baş verib.
Bu ilin noyabrında Messi “Qızıl top”u qazanıb. Bu mükafat argentinalı futbolçu üçün karyerasında yeddinci olub.