"Messi üçün PSJ-də həmişə yer var"

"Messi üçün PSJ-də həmişə yer var"
PSJ-nin yeni transferi Serxio Ramos argentinalı futbolçu Lionel Messi və braziliyalı Neymar haqda açıqlama verib.
Fanat.Az xəbər verir ki, "TNT Sports"a danışan ispan müdafiəçi bunları deyib:
"Ən yaxşı futbolçularla oynamağı sevirəm və Messi dünyanın ən yaxşılarından biridir. Mənim komandamda onun üçün həmişı yer olacaq.
Neymarın "Barselona"da, mənim isə "Real Madrid"də oynamağıma baxmayaraq münasibətlərimiz yaxşıdır. PSJ-yə gələcəyimi biləndə mənə dəstək mesajları göndərmişdi. Onu belə münasibətini yüksək qiymətləndirirəm."
 
Qeyd edək ki, "Real Madrid"lə iyunun sonunda müqaviləsi başa çatan Ramos klubda qalmaq istəməyib.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər