"DÇ-2018"in seçmə mərhələsində Venesuella ilə 2:2 hesablı heç-heçəyə razılaşan Argentinada futbol şərhçiləri Lionel Messini qınayıb. Fanat.Az xəbər verir ki, onlar "Barselona"lı ulduzu "yalan danışmaqda" ittiham edib.
Ölkənin tanınmış şərhçilərinin "zədəliyəm" deyib millinin düşərgəsindən ayrılan, bir neçə gün sonra "Barselona"da məşqlərə başlayan futbolçunun 2 xalın itirildiyi oyuna görə günahkar olduğunu bildirib.
Şərhçilərdən biri yüngül zədə alan Messinin bu həftə "Alaves" matçında meydana çıxacabını iddia edib. Hətta meydana çıxması halında bunun Argentina üçün utanc olacağını bildirib.
Fanat.Az